İlon Maskın “X” sevgisi - Biznesmen üçün bu hərf niyə önəmlidir? - FOTO

“Twitter” logosunu dəyişərək mavi quşu X hərfi ilə əvəzlədi. İlon Mask tərəfindən şəxsən elan edilən bu dəyişikliyin fonunda 1999-cu ilə aid bir hekayə dayanır.
TNS bu hekayənin təfərrüatlarını təqdim edir.
Əslində, Mask bir müddətdir ki, alış-verişdən bank xidmətlərinə qədər bir çox texnologiyaları özündə birləşdirən X kod adlı “hər şey proqramı”nı işə salmağı planlaşdırırdı.
Hətta o bildirmişdi ki, “Twitter”i almaq səbəbi bu tətbiqin əsasını təşkil edir. Mask “Twitter”i aldıqdan sonra şirkətin rəsmi adını “X Corp” olaraq dəyişib.
52 yaşlı biznesmen üçün bu hərf o qədər önəmlidir ki, o öz oğluna X Æ A-12 adını qoyub. Bundan əlavə, Maskın son vaxtlar tətbiq etdiyi süni intellekt tətbiqinin adı xAI, Teslanın ən məşhur modellərindən biri də X dir.
X hərfinin hekayəsi 90-cı illərdən başlayır
Mask 1999-cu ildə cəmi 28 yaşında olarkən onlayn bankçılıq şirkəti qurmaq istəyirdi.
Həmin vaxt o, şəhər səyahət bələdçisi proqramı təqdim edən “Zip2” şirkətini qurmuş və satmışdı. Oradan qazandığı gəlirlə qarşılıqlı kapitalın idarə edilməsi üçün onlayn alət hazırlamaq istəyirdi.
Bəs bu onlayn xidmət nə adlanacaqdı?
Keçmiş “PayPal” idarəçisi Julie Anderson Ankenbrandta görə, sözügedən ad Silikon Vadisində bir kafedə tapılıb.
“Insider” nəşrinin məlumatına görə, Ankenbrandt 2016-cı ildə “Quora”da nəşr olunan məqaləsində bu barədə yazıb:
"Bir gecə, Mask və şirkətin digər təsisçiləri Palo Altoda uzun müddət qapalı olan Mavi Təbaşir kafesinin arxasındakı masada oturaraq şirkəti necə adlandırılacaqlarına qərar verməyə çalışırdılar”.
Ankenbrandtın sözlərinə görə, kafedə işləyən ofisiant qadın bu müzakirəyə son qoyub.
"İlon Mask ondan fikrini soruşub və qadın versiyalar arasından “X.com”u bəyəndiyini söyləyib. Təsisçilər brendləşdirmənin problem ola biləcəyini hiss ediblər, çünki X hərfi pornoqrafik məzmunla əlaqələndirilir. Amma şirkətin gedişatına görə biznes o mərhələyə gələ bilməyib”, - Ankenbrandt qeyd edib.
İlon Mask sonrakı fəaliyyətində hər yeni layihəsində X hərfini istifadə edib.
Bu gün Maskın bu adı məhz bu əlaqəyə görə bəyəndiyi iddia edilir.