Close

Qayanı oyub özünə ev tikdi, 50 il sonra cəzalandırıldı- FOTO

İsraildə yaşayan 77 yaşlı Nissim Kahlon qayanı oyaraq özünə qeyri-adi ev tikib. 50 ildən sonra o, icazəsiz tikinti apardığı üçün cəzalandırılıb və evini tərk etməsi tələb olunub.

TNS xəbər verir ki, bu barədə”Associated Press” məlumat yayıb.

Kahlon və onun yaxınları bu qərara etiraz edərək, insanlardan dəstək istəyiblər.

Bez_nazvania

1973-cü ilə qədər Tel-Əvivin şimalındakı Herzliya çimərliyində çadırda yaşayan Kahlon bölgədəki qayanı oymağa başlayıb və zamanla onu əsl qum qalasına çevirib.

Evin səthini isə  Tel-Əvivdəki zibil qutularından yığılmış müxtəlif rəngli kafel və mozaika ilə örtüb. Zibillikdən toplanan şüşə butulkalar isə evdən kənarda bəzək və izolyasiya rolunu oynayır.

Əyri divarları ilə labirinti xatırladan evdəki pilləkənlər hər biri fərqli dizayn edilmiş otaqlara açılır. Otaqların çoxunda telefon xətləri və elektrik işıqlandırması var.

IMG_7029-Nissin-main-room_1

Kahlonun mağara evi Tel-Əvivdən 13 kilometr şimalda, sahil şəhəri Herzliyanın kənarında yerləşir. Son zamanlar dəhşətli mənzil qıtlığı yaşayan ölkənin ən eksklüziv ünvanlarından biri olan dənizkənarı qəsəbə əsasən dəbdəbəli malikanələrə ev sahibliyi edir.

İndiyə qədər heç vaxt tikintiyə icazə almadığını etiraf edən şəxs, yerli hakimiyyət orqanlarının illərdir mağarasını elektrikləşdirməyə razılıq verdiyinə diqqət çəkib.

"Mən buradan getmirəm, çünki getməyə başqa yerim yoxdur. Məni burada dəfn etsinlər”,- Kahlon deyib.

3571927-46_1

Ətraf Mühitin Mühafizəsi Departamenti isə bildirir ki, Kahlon son 50 ildə uçuruma ciddi ziyan vurub, ictimaiyyəti təhlükə altına alıb və sahil keçidini daraldıb.