Dalğalı, buruq və ya düz saçlar- Saç tipləri beynimizə necə təsir edir?

Buruq saçlar düz saçlara nisbətən beyni həddindən artıq istinmədən qoruyur.
TNS xəbər verir ki, bu barədə “Proceedings of the National Academy of Sciences” jurnalında dərc edilən araşdırmada bildirilir.
Tədqiqatçılar saçın baş temperaturuna necə təsir etdiyini daha yaxşı başa düşmək üçün termal manekenə üç fərqli parik taxıblar və 35 dərəcə bədən istiliyinə qədər qızdırılan mankenin temperaturunu ölçüblər.
Saçsız maneken daha çox isinib, düz saçlı parik çılpaq başla müqayisədə istilik qazancını yarıdan çox azaldıb. Orta dalğalı qıvrımlı parik baş dərisini daha da sərinləşdirib, sıx qıvrımlı parik isə başı ən yaxşı şəkildə soyudub.
Alimlər belə bir nəticəyə gəliblər ki, buruqlar baş dərisi arasında hava təbəqəsi yaradaraq istiliyi daha da azaldır.