Nar hansı xəstəliklərin dərmanıdır? - Dieotoloq SİRRİ AÇDI

Sidik yollarının infeksiyası şiddətli və bezdirici ağrıya səbəb olur. Bu, böyrəklərin iltihabı kimi digər ağırlaşmalara səbəb ola bilər. Müalicə üçün dərmanlar vacib olsa da, mütəxəssislər bu sağlamlıq problemindən xilas olmaq üçün hər gün nar suyu içməyi məsləhət görürlər.
TNS xəbər verir ki, narın sidik yolları üçün faydalarından danışan qidalanma mütəxəssisi Sintiya əl-Hac narın tərkibində bakteriyaların çoxalmasının qarşısını alan hər cür antioksidant və C vitamini olduğunu deyib:
"Narın tərkibinib antioksidant və C vitamini ehtiva etməsi onun sağlamlığa çoxlu faydası olduğunu təsdiqləyir. C vitamini də immunitet sistemini gücləndirir və infeksiyalarla mübarizə aparır. Nar şirəsi bəzi xərçəng növlərindən qoruyur və ürək xəstəlikləri riskini azaldır".
Sintiya əl-Hac vurğulayıb ki, çoxlu maye içmək sidiyə gedərkən yanma hissini azaltmağa və sidik sistemindəki bakteriyaları çıxarmağa kömək edir:
"Nar ürək sağlamlığını yaxşılaşdıran və infeksiyaların qarşısını alan meyvələrdəndir.
Narın tərkibində immunitet sistemini gücləndirmək və bədəni iltihabdan qorumaq üçün zəruri olan iltihab əleyhinə maddələr və antioksidantlar var. Nar istehlakı həm də həzm və sidik ifrazat sistemlərinin sağlamlığını dəstəkləyir, həmçinin xərçəngin inkişafının qarşısını alır.
Bu meyvə orqanizmin hüceyrələrini bir çox xroniki xəstəliklərə və iltihablara səbəb olan sərbəst radikalların yaratdığı zərərdən qorumağa kömək edən antioksidantlarla zəngindir. Araşdırmalar göstərib ki, nar yemək böyrək daşlarının əmələ gəlməsini azaldır və sidik yollarının sağlamlığını yaxşılaşdırır".
Dietoloq qeyd edib ki, narı çoxlu yemək arıqlamağa kömək etməyəcək. Bununla belə, bu meyvəni qida rasionunuza daxil etmək faydalıdır, çünki tərkibində toxluq hissi verən lif var. Başqa sözlə, həddindən artıq yemək təhlükəsi yoxdur.
Nar şirəsi ilə yanaşı, sidik yolları infeksiyasından xilas olmağa kömək edən digər təbii vasitələr də var, o cümlədən zoğal suyu və portağal, qreypfrut, kivi kimi C vitamini ilə zəngin meyvələr.(publika.az)