Close

13:09
13 May 2025
10:56
13 May 2025

Bu kəndin qadınlarının saçı 2 metrdən uzundur

Çinin cənubundakı Quanqsi Çjuanq Muxtar Bölgəsində yaşayan etnik icmanın üzvü olan qadın 2 metr 7 santimetr uzunluğunda saçları ilə görənləri heyrətə gətirib.

TNS xarici mediaya istinadla xəbər verir ki, Çinin bu bölgəsində yaşayan etnik qrupdan olan qadınlar uzun və sağlam görünən saçları ilə seçilirlər.

Onların orta saç uzunluğu 1 metr 40 santimetrə bərabərdir.

Qadınların uzun saçlarının sirri isə fermentləşdirilmiş düyü suyundan hazırlanan şampundur.