Neftimiz bahalaşdı
9
09:48 - 29 May 2025

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti 1 dollardan çox bahalaşıb.
TNS xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,35 ABŞ dolları və ya 2,03% artaraq 67,78 ABŞ dollarına enib.
Qeyd edək ki, ötən gün neftimiz 66,43 dollara ticarət edilib.
Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları qeydə alınıb.