Close

Lüks avtomobillər su qiymətinə - BMW, "Mercedes"...

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) iyulun 8-də növbəti dəfə avtomobil hərracı keçirəcək.

TNS xəbər verir ki, hərrac Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) baş tutacaq. 

Hərraca 27 nəqliyyat vasitəsi çıxarılacaq.

Avtomobillərin buraxılış illəri 2000-2013-cü illər, start qiyməti 1 200 - 14 500 manatdır. Bunun 10 %-i beh kimi ödənilməlidir.

8 iyul 2025-ci il tarixində hərraca çıxarılacaq nəqliyyat vasitələrinin siyahısı ilə bu linkdən tanış ola bilərsiniz.