Close

Azərbaycanlılar ən çox hansı ölkələrə gedir?

Cari ilin yanvar-aprel aylarında əvvəlki illə müqayisədə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 0,9 faiz azalaraq 632,7 min nəfər olub.

TNS bu barədə Dövlət Statistika Komitəsinə istinadla xəbər verir.

Məlumata görə, İrana gedən Azərbaycan vətəndaşlarının sayı 25,9 faiz, Gürcüstana gedənlərin sayı 20,4 faiz artıb, Türkiyəyə gedənlərin sayı 6,3 faiz, Rusiya Federasiyasına gedənlərin sayı isə 26,4 faiz azalıb.

Azərbaycan vətəndaşlarının 36,1 faizi Türkiyəyə, 16,1 faizi Rusiya Federasiyasına, 11,1 faizi Gürcüstana, 11,0 faizi İrana, 25,7 faizi digər ölkələrə səfər edib. Gedənlərin 66,9 faizini kişilər, 33,1 faizini qadınlar təşkil edib.