Bu bitkilər gömrük rüsumuna cəlb olunmayacaq
10
15:46 - 12 May 2025

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təsdiqedici sənədinə əsasən, əkin məqsədilə ölkəyə gətirilən ağaclar, kollar, kolcuqlar, ot bitkiləri idxal gömrük rüsumuna cəlb olunmayacaq.
TNS xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir.