Qızıl bahalaşdı, gümüş ucuzlaşdı
11
10:31 - 09 May 2025

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti artıb.
TNS xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə iyun fyuçerslərinin qiyməti 0,50% artaraq 3 322,5 ABŞ dollarına bərabər olub.
COMEX-də gümüşün bir unsiyası üzrə iyul fyuçerslərinin qiyməti isə 0,01% azalaraq 32.62 ABŞ dolları olub.