Close

Yenə Bakı, yenə Forum...

Bakıda "Aqrobiznesin İnkişafı Forumu -4: Harmoniyaya gedən yol" mövzusunda tədbir keçirilir.

TNS xəbər verir ki, Forumda kənd təsərrüfatı naziri Məcnun Məmmədov, Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev, FAO-nun Avropa və Mərkəzi Asiya üzrə regional rəhbər müavini Nabil Qanqi açılış nitqi söyləyəcəklər.

Forumda Azərbaycanın aqrobiznes sektorunda əsas tendensiyalar, çağırış və imkanlar, "Maliyyə təşviqləri və aqro-maliyyələşmə həlləri", "Aqrobiznesin inkişafı üçün subsidiya mexanizmlərinin təkmilləşdirilməsi" mövzularında müzakirələrin aparılması nəzərdə tutulur.