Bu bankın vəzifəli şəxsləri cərimələndi
9
14:23 - 01 May 2025

Azərbaycan Mərkəzi Bankı (AMB) “Meqa Sığorta” ASC-nin vəzifəli şəxslərini inzibati məsuliyyətə cəlb edib.
TNS bu barədə AMB-yə istinadla xəbər verir.
Məlumata görə, qurumun apardığı cari nəzarət prosesləri çərçivəsində şirkətin “Sığorta fəaliyyəti haqqında” qanunun 78-ci maddəsinin tələbini pozduğu üzrə çıxıb. Odur ki, İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsinə müvafiq olaraq "Meqa Sığorta"nın vəzifəli şəxsləri 300 manat cərimə edilib.