Neft bahalaşdı - SON QİYMƏT
14
09:36 - 28 Aprel 2025

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin iyul müqaviləsinin dəyəri 0,46% artaraq 1 barelə görə 66,1 ABŞ dolları təşkil edib.
TNS xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin iyun ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti də 0,52% artaraq 63,35 ABŞ dollarına bərabər olub.