Close

Kartof niyə bahadır? - AÇIQLAMA

Bakı şəhəri və Abşeron rayonunun bazarlarında kartofun qiyməti bahalaşmaqda davam edir. Bir aya yaxındır ki, ən ucuz kartofu 1 manat 25-30 qəpikdən aşağı almaq olmur. Normal kartofun qiyməti isə artıq iki manata qədər yüksəlib.

İqtisadçı Akif Nəsirli mövzu ilə bağlı TNS-ə verdiyi açıqlamada bildirib ki, kartofun hazırki qiymətində olan artım, daha çox ötən ilin hava şəraiti ilə bağlıdır: “İndiyə kimi bazarda olan kartof və soğan ötən il becərilən məhsullardır. Ötən il kifayət qədər az kartof-soğan istehsal olunub. Onsuz da normal məhsul ilində də təlabatı yerli istehsal tam şəkildə ödəmir. Təbii ki, burada ixracat amili də rol oynayır”.

O qeyd edib ki, hazırda kartof və soğan kimi məhsulların bazara çıxma mövsümünün sonu olduğundan bunun da təsiri böyükdür: “Fevral, mart və aprel ayları kartofun bazara çıxarılma mövsümünün bitmə dönəmidir. Bu aylarda köhnə məhsul tükəndiyi üçün bahalaşır. Üstəlik, yerli təzə kartof-soğanın bazara çıxma dövründə idxalçılar bu məhsulun idxalına həssas yanaşırlar. Kiçik partiyalarla idxal edirlər ki, gətirdikləri məhsul yerli kartof-soğanın bazarda ucuzlaşma dövrünə təsadüf etməsin. Ucuzlaşmaya qədər müəyyən satış etsinlər. Nəticədə tələb təklifi üstələdiyi üçün qiymətlər bahalaşır”.

Aygün