Güzəştli ipoteka kreditləri üzrə məbləğ 150 min manatadək artırılır?

Bu gün Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilir.
İclasın gündəliyinə daxil edilən 12 məsələdən biri də “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsidir. Adı keçən qanunda hansı dəyişikliklər nəzərdə tutulur?
Ümumiyyətlə, “İpoteka haqqında qanunla bağlı hansı dəyişikliklərə ehtiyac var?
Bu barədə TNS-ə məlumat verən deputat Vüqar Bayramov qanuna təklif edilən dəyişikliklərin texniki xarakter daşıdığını bildirib:
“Qanunun 47-ci maddəsində uyğunlaşdırma və texniki dəyişklikdən söhbət gedir. Amma, ipoteka sisteminin təkmilləşdirilməsi ilə bağlı təkliflər hər zaman müzakirə edilən məsələlərdəndir. Bizim də bu istiqamətdə təkliflərimiz mütəmadi təqdim olunur. Güzəştli ipoteka kreditləri üzrə maksimum məbləğin 100 min manatdan 150 min manatadək artırılmasını təklif edirik. Eyni zamanda, adi ipoteka kreditləri üzrə faizlərə baxılması, optimallaşdırılması, eləcə də bu istiqamətdə daha çox vəsaitin ayrılması da təqdim etdiyimiz təkliflər sırasındadır”.
Aygün