Close

15:39
21 Aprel 2025
14:55
21 Aprel 2025

Deputatdan kredit faizləri ilə bağlı AÇIQLAMA

Ötən il Azərbaycanda əhalinin borc yükü artıb.

Bu barədə Mərkəzi Bankın hesabatında məlumat açıqlanıb. Qeyd olunub ki, borc yükünün əhalinin sərəncamında qalan gəlirlərinə nisbəti ötən ilin sonu ilə müqayisədə 2,2 faiz bəndi artaraq 18 faiz olub.

Əhalinin ildən-ilə banklar qarşısında borc yükünün artması nə ilə bağlıdır? Gələcək illərdə rəqəmlərin daha da artmaması üçün hansı addımların atılması vacibdir?

Mövzu ilə bağlı TNS-ə danışan iqtisadçı-alim, deputat Vüqar Bayramov bildirib ki, ölkədə istehlak kreditlərinin payında artım var:

“Ölkədə 8 milyard manatdan artıq istehlak kreditləri portfeli var. Bu da ondan xəbər verir ki, bütövlükdə istehlak krediti götürən vətəndaşların sayında artımlar var. Bu da kredit yükünün artmasına gətirib çıxarır. Kredit yükünün artması, nəticə etibarilə bank qarşısında öhdəliklərə təsir göstərən faktorlardan biridir”.

Vüqar Bayramov problemli kreditlərin həcmində də artımlar olduğunu deyib: “Eyni zamanda, problemli kreditlərin həcmində də artımlar var. Bu da həm kredit faizlərinin, xüsusilə istehlak kreditləri üzrə fazilərin yüksək olması, həm də təbii ki, öhdəliyin artması ilə bağlıdır. Bu baxımdan, bir tərəfdən ödəmə qabiliyyəti nəzərə alınmaqla kreditlərin verilməsinin həyata keçirilməsi, digər tərəfdən isə kredit yükünün optimallaşdırılmasına ehtiyac var. Təbii ki, vətəndaşlarımızın kreditə ehtiyacı var. Amma əgər faizlər aşağı düşər və optimallaşarsa, bu, problemli kreditlərin həcminin azalmasına, vətəndaşlarımızın həmin öhdəlikləri vaxtında yerinə yetirməsinə səbəb ola bilər”.


Aygün