Close

10:33
19 Aprel 2025

Azərbaycanlılar bir ayda bu ölkədən 66 mənzil aldı

Azərbaycan vətəndaşları ötən ay Türkiyədə 66 mənzil alıb.

TNS xəbər verir ki, bu barədə Türkiyə Statistika İdarəsi məlumat yayıb.

Bildirilib ki, Türkiyədə yanvar-mart aylarında əcnəbilərə ev satışları əvvəlki ilin eyni dövrü ilə müqayisədə 19,5 faiz azalaraq 4578 olub.
Ən çox mənzil Rusiya Federasiyasının vətəndaşlarına satılıb.

Belə ki, mart ayında Rusiya Federasiyası vətəndaşlarına 275, İran vətəndaşlarına 153 və Ukrayna vətəndaşlarına 124 mənzil satılıb.

Eyni zamanda, 97 mənzil Almaniya, 72 İraq, 66 Azərbaycan, 54 Qazaxısta, 50 Çin, 46 Əfqanıstan, 33 mənzil isə Səudiyyə Ərəbistanı vətəndaşlarına satılıb.