Close

Neftin qiyməti dəyişdi

ABŞ və Çin arasında artan ticarət müharibəsinin qlobal iqtisadi artımı zəiflədəcəyi ilə bağlı narahatlıqlar səbəbindən neft qiymətləri ucuzlaşıb.

TNS xəbər verir ki, "Brent" markalı neftin may müqaviləsində bir barelin qiyməti 29 sent və ya 0,45% ucuzlaşaraq 64,47 dollar olub.

"WTI" markalı neftin aprel müqaviləsində bir barelin dəyəri isə 27 sent və ya 0,44% azalaraq 61,23 dollara enib.