Alça, qarpız, yemiş... - "Dodaq uçuqladan" qiymətlər - VİDEO
19
15:21 - 07 Aprel 2025

Hazırda bazarlarda piştaxtaları qeyri-mövsimi məhsullar bəzəyir. Ən çox təlabət olan meyvələr isə alça və çiyələkdir.
TNS xəbər verir ki, Xəzər TV mövzu ilə bağlı reportaj hazırlayıb.
Satıcıların sözlərinə görə, bu meyvələr yerli sortdur, qiymətlərin yaxın 10 gündə enəcəyi gözlənilir.
Meyvələrin qiyməti ölçüsünə və gətirilmə yerinə görə dəyişir. Hazırda ən baha çiyələk Lənkərandan gətiriləndir.
Alça və çiyələkdən fərqli olaraq, qarpız və yemiş xarici ölkələrdən gətirilir. Bu məhsullara təlabat azdır.
Daha ətraflı videomaterialda: