Dünya bazarlarında neft neçəyədir?
18
09:24 - 07 Aprel 2025

ABŞ-Çin ticarət gərginliyi səbəbindən artan narahatlıqlar fonunda dünya bazarlarında neft qiymətləri azalmaqda davam edib.
TNS xəbər verir ki, “Brent” markalı neftin dəyəri 1,41 dollar və ya 2,15% azalaraq 64,17 dollara enib.
Eyni zamanda “WTI” markalı neftin qiyməti 1,35 dollar və ya 2,18% azalaraq 60,64 dollar olub.