Close

Azərbaycan Çinə toyuq əti satacaq - Siyahıda bu ölkələr də var

Yaxın vaxtlarda Azərbaycandan bir sıra xarici ölkələrə quş ətinin ixracına başlanılacaq.

Bu barədə TNS-ə Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası (APEPEA) İdarə heyətinin sədri Mürvət Həsənli məlumat verib.

Hazırda quşçuluq müəssisələrində istehsalla bağlı çətinlik olmadığını deyən M. Həsənli yaxın vaxtlarda yumurta ixrac olunacaq ölkələrin sayının artacağını bildirib: “Artıq Amerika Birləşmiş Ştatlarına süfrə yumurtası ixrac olunur. Hazırda İsrail, Belçika və Polşaya da yumurta ixracı ilə bağlı məsələlər müzakirə edilir. Polşaya yumurta ilə yanaşı, quş əti də ixrac olunacaq. Eyni zamanda, Cənubi Afrika ölkələrinə də ət və yumurta, Çinə isə quş əti göndəriləcək”.

Mürvət Həsənli qeyd edib ki, ilk mərhələdə 5 min ton quş ətinin ixracı nəzərdə tutulur. Sonrakı mərhələdə miqdar 10-15 tona qədər artırılacaq.

Aygün