Close

Dövlətə məxsus avtomobillər endirimlə satışa çıxarıldı

Azərbaycanda dövlətə məxsus bir sıra nəqliyyat vasitələri hərraca çıxarılır.

TNS xəbər verir ki, bu barədə Əmlak Məsələləri Dövlət Xidməti məlumat yayıb.

Bildirilib ki, siyahıda 12 ədəd BMW markalı minik nəqliyyat vasitələri yer alıb.

4-cü dəfə 25% endirimlə təkrar hərraca çıxarılan və buraxılış ili 2013-2014 olan nəqliyyat vasitələrinin start qiymətləri 67 500 manatdan başlayır.

10% beh məbləği isə 6750 manat müəyyənləşdirilib.

24 aprel 2025-ci il tarixində hərraca çıxarılacaq nəqliyyat vasitələrinin siyahısı ilə bu linkə keçid edərək tanış ola bilərsiniz.