Close

12:54
18 Mart 2025

Gömrük yığımlarının məbləğləri dəyişdi - 1 ton üçün 150 manat...

Azərbaycanda “Gömrük yığımlarının məbləğləri” dəyişib.

TNS xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib.

Gömrük yığımlarına əlavə olaraq, dəmirdən və ya aşqarlanmamış poladdan çubuqların 1 tonu üçün 150 manat alınacaq.

Bu qərar 2025-ci il 1 aprel tarixindən qüvvəyə minir və 2026-cı il 1 yanvar tarixinədək qüvvədədir.