Azərbaycanda əməkhaqqı artıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycan əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,4 faiz artaraq 11907,1 milyon manat və ya hər nəfərə orta hesabla 1164,2 manat olub.
Bu barədə TNS-ə Dövlət Statisitka Komitəsinə istinadən xəbər verir.
Məlumata əsasən, əhalinin sərəncamında qalan gəlirləri 10164,8 milyon manat təşkil edib.
2025-ci ilin yanvar ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilin müvafiq dövrünə nisbətən 12,8 faiz artaraq 1062,9 manat təşkil edib.
Əməkhaqqı neft-qaz sektorunda 3830,2 manat, qeyri neft-qaz sektorunda 1010,8 manat təşkil edib.
Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 1017,2 manat, özəl müəssisələrdə isə 1110,0 manat olub.