Neft bahalaşdı - SON QİYMƏT
9
09:17 - 14 Mart 2025

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin may müqaviləsinin dəyəri 0,64% artaraq 1 barelə görə 70,33 ABŞ dolları təşkil edib.
TNS xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin aprel ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti də 0,71% artaraq 1 barelə görə 67,02 ABŞ dollarına bərabər olub.