Close

İdman zalının tikintisi üçün elan edilən tender ləğv edildi

Azərbaycan Gənclər və İdman Nazirliyi tərəfindən Qaradağ rayonu, Qobustan qəsəbəsində idman zalının tikintisi işlərinin davamı ilə bağlı elan edilən tender ləğv edilib.

TNS xəbər verir ki, tenderin ləğv edilmə səbəbi kimi satınalmada iştirak edən və lazımi lisenziya və icazələrə malik olan təchizatçıların sayının üçdən az olması göstərilib.

Qanunvericiliyin tələblərinə əsasən, bu cür hallar baş verdikdə tenderin keçirilməsi mümkün olmur.

Layihənin ümumi dəyəri 1.619.799,17 manat təşkil edirdi. Müsabiqənin elan tarixi 6 fevral 2025-ci il, təkliflərin təqdim olunması üçün son tarix 7 mart 2025-ci il idi. Eyni gün zərflərin açılması planlaşdırılsa da, kifayət qədər iştirakçı olmadığından proses dayandırılıb.