Qızılın qiyməti rekord səviyyəyə çatıb
3
09:09 - 13 Mart 2025

Qızıl bahalaşmaqda davam edir.
TNS xəbər verir ki, Nyu-Yorkun “Comex" birjasında qızılın qiyməti martın 13-də bir unsiya üçün 2953 dollar həddini keçib və yeni rekord vurub.
Bank ekspertləri 2025-ci ilin dördüncü rübünə kimi qızılın orta qiymətinin bir unsiya üçün 3000 dolları ötəcəyini gözləyirlər.