Azərbaycanda siqaretlər bahalaşdı
52
09:19 - 03 Mart 2025

Bu gündən Azərbaycanda bəzi tütün məmulatlarının qiyməti artıb.
TNS xəbər verir ki, bu barədə Trend-ə məlumatı siqaret satışı ilə məşğul olanlar verib.
Bildirilib ki, artıq bu barədə siqaret satışı ilə məşğul olan şirkətlər onları məlumatlandırıb.
Məlumata görə, “LD”, “Winston”, və “Sobranie” (bir neçə çeşidinin) qiyməti 0,20 qəpik bahalaşıb.
“Kent” markalı siqaretlərin də bahalaşacağı gözlənilir.