Close

19:39
22 Fevral 2025
19:23
22 Fevral 2025

Buzlu yolda qəza baş verdikdə sığorta şirkəti dəymiş zərəri qarşılayır? - VİDEO

Qarlı, buzlu yolda baş verən qəza zamanı avtomobilinə ziyan dəyən şəxsləri narahat edən məsələlərdən biri də alacaqları sığorta ödənişidir.

TNS xəbər verir ki, illərdir ki, sürücülər arasında belə bir fikir var ki, meteoroloji şəraitə görə, qəza baş verdikdə hərə öz avtomobilini təmir etdirməlidir.

Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Emil Ağabağırov bildirib ki, bu, kökündən yanlış bir fikirdir və belə yanaşma düzgün deyil. 

Ekspert deyir ki, qəzaya səbəb olan sürücü bu işə görə mülki məsuliyyət daşıyır. Bəzən sürücülər belə havada qəza zamanı sığorta şirkətini çağırmırlar ki, sığorta tarixçəsi korlanmasın.

Bəs, qarlı-şaxtalı havada bir neçə avtomobilin iştrakı ilə zəncirvari qəza baş verdikdə sığorta ödənişi necə tənzimlənir?

Daha ətraflı "Xezerxeber"in videosüjetində: