Unun son topdansatış qiymətləri açıqlandı

Azərbaycanda fevral ayının 18-nə unun son topdansatış qiymətləri məlum olub.
TNS xəbər verir ki, qeyd olunan tarixdən etibarən ölkədə 50 kq-lıq unun son topdansatış qiymətləri 26,80-28,20 manat arasında dəyişir.
Belə ki, ölkə üzrə bazara təqdim olunan ən ucuz un növü “Dəvəçi-Taxıl" və Dəvəçi-Dəyirman" MMC-lər (26 manat 80 qəpik), ən bahalısı isə "Azeri-Arapoğlu U.S.və T.LTD" BM-dir (28 manat 20 qəpik).
Beləliklə, bundan əvvəlki göstərici ilə müqayisədə 50 kq-lıq unun aşağı həddinin topdansatış qiyməti 30 qəpik artıb. Buna qədər isə qiymətlər 26,50-28,20 manat arasında dəyişirdi.
Bu ilin fevralın 18-dən etibarən Azərbaycanda istehsalçılar tərəfindən unun son topdansatış qiyməti aşağdakı kimi müəyyənləşib:
“ATS MİLL" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27,35 manat;
"Anadoluqida" və "AVETA" MMC-lərə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27,40 manat;
"Azeri-Arapoğlu U.S.və T.LTD" BM-ə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 28,20 manat;
"Bakı Taxıl Terminalı", "Dəniz un sənayesi LTD”, "Hazartürk LTD", "KARAT HOLDİNQ", “Karmen", "Orxan UN", "Sünbül 2012”, "Taxıl AQRO", "Xırman", “SKY AGRO”, "Avrora" MMC-lərə, eləcə də F/Ş Cəfərli Tural, "Nadir Quliyev adına Bakı-Taxıl" ASC, PAK-NUR" FİRMASI və "Səma" fərdi firmasına məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27,30 manat;
“Dəvəçi-Dəyirman" və “Dəvəçi-Taxıl" MMC-lərə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 26,80 manat;
"Gəncə Dəyirman" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27,60 manat;
"NEON" Firmasına məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27,85 manat;
"Nural" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 28 manat;
"Qarabağ un" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27 manat