Azərbaycan neftinin son qiyməti
14
09:42 - 19 Fevral 2025

İtaliyanın Augusta limanında Azərbaycanın "Azeri Light" markalı neftinin CIF bazisi üzrə qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,68 ABŞ dolları və ya 0,88% artaraq 77,48 dollar/barel təşkil edib.
TNS xəbər verir ki, Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,7 dollar və ya 0,92% bahalaşaraq 76,08 dollar təşkil edib.
URALS markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,66 dollar və ya 1,09% artaraq 60,75 dollar/barelə bərabər olub.