Close

22:59
15 Fevral 2025

Azərbaycanda ən çox vergi ödəyən ticarət şəbəkələri - Siyahı

Xəbər verildiyi kimi, Dövləti Vergi Xidməti 2024-cü ildə ən çox vergi ödəyən şirkətlərin siyahısını açıqlayıb.

TNS xəbər verir ki, siyahıda 100 ən böyük vergi ödəyicisinin arasında ticarət şəbəkələri də var və çoxları hamının tanıdığı ticarət şəbəkələridir.

Ən çox vergi ödəyən ticarət şəbəkələri  arasında Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Araz Supermarket” MMC liderlik edərək,  2024-cü il ərzində dövlət büdcəsinə 36,7 milyon manat köçürüb.

Siyahıda ikinci yeri yenə də Veysəloğlu Şirkətlər Qrupuna daxil olan ticarət şəbəkəsi olan “Oba market” MMC tutub. Belə ki, “Oba market” MMC 23,5 milyon manat vergi ödəyib.

Ölkənin digər iri supermarketlərindən biri olan “Al Market” MMC, “Oba market” MMC-yə yaxın bir həcmdə daha dəqiq desək 23,2 milyon manat vergi ödəyərək ölkənin ən iri vergi ödəyən ticarət şəbəkələri sırasında üçüncü yerdə qərarlaşıb.

Növbəti yeri bazarın digər böyük oyunçularından biri olan “Azərbaycan Supermarket” MMC, yəni “Bravo” marketlər şəbəkəsi tutur və şəbəkə 20,8 milyon manat vergi ödəyib. “Bazarstore” MMC isə 14,1 milyon manat vergi ödəyərək ölkənin ən iri vergi ödəyən ticarət şirkətləri sırasında yer alıb.

Daha kiçik, lakin əhəmiyyətli paya malik “Grand Mart” MMC isə 13,6 milyon manat vergi ödənişi ilə siyahıda sonuncu yeri tutub.

Son olaraq qeyd edək ki, yuxarıda adı çəkilən ticarət şəbəkələri 2024-cü ildə ümumilikdə 131,9 milyon manat vergi ödəyib.