Bu şirkət Bakıya aviareyslərin sayını artıracaq
![](/upload/files/up3/Xeberler/2025/2/15/trend_airplane_main.jpg)
“Uzbekistan Airways” hava yolları şirkəti Daşkənd-Bakı-Daşkənd marşrutu üzrə hava reyslərinin sayını artıracaq.
TNS xəbər verir ki, aprel ayından başlayaraq aviareyslərin sayı həftədə dörd dəfəyə qədər artırılacaq.
Məlumata görə, hazırda aviadaşıyıcı bu marşrut üzrə həftədə üç dəfə - çərşənbə axşamı, cümə axşamı və bazar günləri uçuşlar həyata keçirir.
Qeyd edək ki, “Azərbaycan Hava Yolları” (AZAL) Bakıdan Daşkənd və Səmərqəndə müntəzəm reyslər həyata keçirir. Daşkəndə uçuşlar həftədə beş dəfə - bazar ertəsi, çərşənbə, cümə axşamı, şənbə və bazar günləri həyata keçirilir. Səmərqəndə uçuşlar həftədə iki dəfə - çərşənbə axşamı və cümə günləri həyata keçirilir.