Close

Neftin bugünkü qiyməti neçəyədir?

Dünya bazarlarında neft yenidən ucuzlaşıb.

TNS xəbər verir ki, ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin aprel müqaviləsinin dəyəri 0,37% və ya 0,28 dollar azalaraq 1 barelə görə 74.74 ABŞ dolları təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında isə 2025-ci ilin martında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti də 0,77% və ya 0,55 dollar azalaraq 70.74 ABŞ dollarına bərabər olub.