Close

Bu xarici şirkət Azərbaycan bazarından gedir

“MS Prodakşın” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycandakı fililalı ləğv olunur.

TNS xəbər verir ki, bu barədə şirkət özü məlumat paylaşıb.

Lakin şirkətin hansı səbəbdən bu qərarı qəbul etməsi açıqlanmayıb.

Bildirilib ki, kreditorlar iki ay ərzində tələblərini AZ1111 Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi, ev 11, mənzil 30 ünvanına bildirə bilərlər.

Qeyd edək ki, sözügedən şirkət ötən ilin oktyabrında dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi isə Serikova Maiyadır.