Close

22:59
15 Fevral 2025

Hansı ölkələrə nə qədər yumurta satırıq?

Hazırda Azərbaycandan xarici ölkələrə ay ərzində 15-18 milyon ədəd süfrə yumurtası ixracı edilir.

Bunu TNS-ə açıqlamasında Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası (APEPEA) İdarə Heyətinin sədri Mürvət Həsənli deyib.

Onun sözlərinə görə, gündəlik 650 min civarında ixracat var: “Şənbə və bazar günləri istisna olmaqla, gündəlik təxminən 650 min süfrə yumurtası ixracı həyata keçirilir. Bu da ay ərzində 15-18 milyon ədəd ixrac deməkdir.

Ölkədə kifayət qədər yumurta istehsal olunduğu üçün qiymətlərin artması gözlənilmir. O cümlədən, damazlıq yumurta ixracatı da həyata keçirilir. Ötən ilin dekabr, bu ilin yanvar və fevral ayları ərzində ümumillikdə 6 milyon ədədə yaxın damazlıq yumurta ixrac olunub”.

Mürvət Həsənli bildirib ki, yumurta, əsasən Yaxın Şərq ölkələri-Səudiyyə Ərəbistanı, Qətər, Dubay, Küveyt, Əfqanıstan və İraq kimi ölkələrə ixrac olunur.

Aygün