Close

22:59
15 Fevral 2025

Qızıl kəskin bahalaşdı – Zərgərlik xərcləri niyə artır?

Ötən gün Mərkəzi Bank qızılın bir qramının qiymətinin 160 manat 5 qəpik olduğunu açıqlayıb.

Məlumata görə, bir qram qızılın qiyməti ötən ilin əvvəlindən ötən dövr ərzində 43 faiz və ya 48 manat artıb. Ötən ilin əvvəlində qızılın bir qramı 112 manat olub.
Ölkədə qızılın qiymətinin heç vaxt qeydə alınmayan səviyyəyə qalxmasının səbəbi nədir?

Mövzu ilə bağlı TNS-ə danışan iqtisadçı Xalid Kərimli bildirib ki, qızılın bahalaşmasına bir neçə amil səbəb olur: “Qiymətdə baş verən artımın əsas səbəbi dünya bazarında qızılın bahalaşması ilə bağlıdır. Son 5-6 ildə dünya bazarında qızılın qiyməti iki dəfə artıb. Xam qızılın qiyməti dünya bazarında formalaşır. Bahalaşmanın digər səbəbi isə Azərbaycanda müşahidə olunan inflyasiyadır. İcarə haqqı, işçilik xərcləri qalxır. Pul dəyərini itirir. Ümumillikdə, zərgərliklə bağlı ortaya çıxan xərclər də artır. Nəticədə, həm xam qızılın qiymətinin artması, həm də satış zamanı zərgərlərin artan xərclərinin məhsulun üzərinə gəlməsi qiyməti formalaşdırır”.

Aygün