Close

İçki və siqaretə 230 milyon manat xərclənib

2025-ci ilin yanvar ayında pərakəndə ticarət şəbəkəsində 230,3 milyon manatlıq içki və tütün məlumatları satılıb.

TNS Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, satış 2024-cü ilin yanvar ayına nisbətən 0,7%  çoxdur.

Bu ilin ilk ayında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 4,7% faizi içki və siqaretin alınmasına sərf olunub.