Azərbaycanda un bahalaşdı - SİYAHI
Azərbaycanda fevralın 10-na unun topdansatış qiyməti açıqlanıb.
TNS xəbər verir ki, un istehsalçıları qiymətləri 5 qəpikdən 50 qəpiyə qədər artırıblar.
Rəsmi məlumata görə, hazırda ölkədə 50 kq-lıq unun topdansatış qiyməti 26,50 - 28,2 manat aralığında dəyişir.
Belə ki, bu ilin fevralın 10-dan Azərbaycanda istehsalçılar tərəfindən unun topdansatış qiyməti aşağdakı kimi müəyyənləşib:
“ATS MİLL" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27,20 manat (10 qəpik baha);
"Anadoluqida" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27,40 manat (25 qəpik baha);
"AVETA" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27,3 manat (15 qəpik baha);
"KARAT HOLDİNQ" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27,3 – 27,4 manat (15 qəpik baha);
"Dəvəçi-Dəyirman" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 26,8 manat (20 qəpik baha);
"Gəncə Dəyirman" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27,6 manat (25 qəpik baha);
"NEON" Firmasına məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27,85 manat (25 qəpik baha);
"Nural" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 28,10 manat (40 qəpik baha);
"Qarabağ un" MMC- yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 26,90 manat (10 qəpik baha);
“Hazartürk LTD" MMC- yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27 manat;
"Sünbül 2012” MMC, “Avrora" MMC və “Taxıl AQRO" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27,3 manat (30 qəpik baha);
“SKY AGRO” MMC və "Bakı Taxıl Terminalı" MMC- yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27,1 manat (5 qəpik baha);
"Səma" fərdi firması, "PAK-NUR" FİRMASI, "Nadir Quliyev adına Bakı-Taxıl" ASC, "Karmen", "Orxan UN", "Xırman", "Dəniz un sənayesi LTD" MMC- yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27,3 manat (25 qəpik baha)