Close

17:15
07 Fevral 2025
15:40
07 Fevral 2025

Pensiya kapitalı bu qədər artırılacaq

Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə istehlak qiymətləri indeksinin ötən il üzrə illik səviyyəsinə uyğun olaraq sığortaolunanların fərdi hesablarında 2025-ci il yanvarın 1-dək qeydə alınmış pensiya kapitalları 2,2 faiz indeksləşdirilərək artırılır.

Bu proses fərdi hesabında vəsaiti olan bütün vətəndaşları əhatə edəcəkmi?

Deputat Vüqar Bayramov mövzu ilə bağlı açıqlamasında TNS-ə bildirib ki, əmək pensiyaları ilə yanaşı, vətəndaşların fərdi hesablarında yığılan pensiya kapitalı da indeksləşdirililir: “Fərdi hesablarda yığılan pensiya kapitalı məhz əvvəlki ildə inflyasiya səviyyəsinə uyğun indeksləşdirilərək artırılır. Dövlət Statistika Komitəsinin rəsmi inflyasiya səviyyəsi nəzərə alınmaqla, artımlar həyata keçirilir. Pensiya kapitalında olan artımlar fərdi hesabında vəsaiti olan, lakin hələlik əmək pensiyası hüququ qazanmamış bütün vətəndaşlara şamil olunur. Yəni, fərdi pensiya kapitalında vəsaiti olan bütün vətəndaşların pensiya kapitalları 2,2 faiz indeksləşdirilərək artırılacaq”.

 Aygün