Close

17:15
07 Fevral 2025
15:40
07 Fevral 2025

Yeni baş direktor təyin edilən Vüsal Qurbanov kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, Azərbaycan Mərkəzi Bankının (AMB) rəhbərliyində dəyişiklik olub. Belə ki, Vüsal Cavanşir oğlu Qurbanov fevralın 3-dən AMB-nin baş direktoru təyin edilib.

TNS Vüsal Qurbanovun dosyesini təqdim edir:

V. Qurbanov 1980-ci ildə Zaqatala şəhərində anadan olub. Azərbaycanlıdır. Ali təhsillidir. 2000-ci ildə Azərbaycan Kooperasiya Universitetini “Maliyyə və kredit” ixtisası üzrə bakalavr dərəcəsi ilə, 2004-ci ildə Azərbaycan Kooperasiya Universitetini “Maliyyə və kredit” ixtisasını magistr dərəcəsi ilə bitirib.

1998-ci ildən müxtəlif sığorta şirkətlərində sığorta üzrə mütəxəssis, baş mütəxəssis, şöbə müdiri, departament müdirinin müavini, İdarə Heyətinin sədr müavini vəzifəsində çalışıb.

2019-cu ildən Maliyyə Bazarlarına Nəzarət Palatasının Daxili audit xidmətində böyük mütəxəssis, Sığorta fəaliyyətinə nəzarət departamentinin Qeyri-həyat sığorta infrastrukturuna nəzarət idarəsinin rəisi vəzifələrində çalışıb.

2019-cu ildən İcbari Sığorta Bürosunun Himayəçilər Şurasının üzvüdür.

2020-ci ilin yanvar ayında Mərkəzi Bankın Sığorta fəaliyyətinə nəzarət departamentinin direktoru vəzifəsinin icraçısı təyin edilmişdir. 2020-ci ilin aprel ayından 2025-ci ilin fevral ayınadək Mərkəzi Bankın Sığorta fəaliyyətinə nəzarət departamentinin direktoru vəzifəsində işləyib.

2025-ci ilin fevral ayının 3-də Mərkəzi Bankın baş direktoru vəzifəsinə təyin edilib.

Ailəlidir, 2 övladı var.

vusal_qurbanov