Close

17:15
07 Fevral 2025
15:40
07 Fevral 2025

Mərkəzi Bankın rəhbərliyində dəyişiklik - FOTO

Azərbaycan Mərkəzi Bankının (AMB) rəhbərliyində dəyişiklik olub.

TNS AMB-yə istinadla xəbər verir ki, Mərkəzi Bankın baş direktoru Ziya Əliyev sədrin müşaviri təyin edilib.

Bununla da AMB sədrinin müşavirlərinin sayı 5-ə çatıb.

Həmçinin Vüsal Cavanşir oğlu Qurbanov fevralın 3-dən AMB-nin baş direktoru təyin edilib. O, buna qədər Mərkəzi Bankın Sığorta fəaliyyətinə nəzarət departamentinin direktoru vəzifəsində çalışıb.

Eyni zamanda, Elrad Seydiyev AMB-nin Maliyyə bazarlarında əməliyyatlar departamentinin, Anar Mansurov Maliyyə idarəetməsi departamentinin, Tərlan Rəsulov isə Valyuta ehtiyatlarının idarə edilməsi departamentinin rəhbəri olub.

Bununla da Mərkəzi Bankın baş direktorlarının sayı 9-a çatıb.

67a44f8d0e43067a44f8d0e431173882151767a44f8d0e42e67a44f8d0e42f