Azərbaycanda əhali yanacağa nə qədər pul sərf edib?
16
17:41 - 01 Fevral 2025
Ötən il Azərbaycanda 1 254,8 min ton avtomobil benzini istehsal edilib.
TNS xəbər verir ki, bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata əsasən, bu, 2023-cü ildəki göstərici ilə müqayisədə 209,4 min ton və ya 14,3% azdır.
Bu ilin yanvarın 1-i vəziyyətinə ölkədə hazır məhsul ehtiyatı 16,3 min ton təşkil edib.
Ümumilikdə, 2024-cü il ərzində Azərbaycanda 3,4 milyard manat dəyərində avtomobil benzini və dizel yanacağı istehsal edilib ki, bu da illik ifadədə 218 milyon manat və ya 6,8% çoxdur.