Bakıda ev qiymətinə telefon nömrələri satışa çıxarılır - 75000...
Azərbaycanda mənzil dəyərində mobil telefon nömrələri satışa çıxarılacaq.
TNS xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən məlumat verilib.
Belə ki, hərraca çıxarılan "Azercell Telekom" MMC-yə məxsus mobil nömrələrin ilkin qiyməti 800 manatdan başlayaraq 75 min manatadək, 10%-i həcmində hesablanmış behin məbləği isə 80 manatdan 7 500 manatadək dəyişir.
Hərracın keçirilməsi fevralın 24-nə nəzərdə tutulub.
Hərraclarda iştirak etmək istəyən şəxslər lazımi sənədləri hərracın başlanmasına ən geci üç bank günü qalanadək Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanına təqdim etməlidirlər.
Satışa çıxarılacaq mobil telefon nömrələri haqqında məlumatı buradan əldə edə bilərsiniz.