Close

23:00
29 Yanvar 2025

“Coca-Cola” məhsulları hansı ölkələrdə geri çağırıldı?- RƏSMİ

“Coca-Cola Europacific Partners” şirkətinin Belçikanın Gent şəhərində istehsal etdiyi sərinləşdirici içkilərin analizi zamanı bəzi məhsulların tərkibində xlorat səviyyəsinin normadan yüksək olması faktına münasibət bildirib.

Şirkətdən TNS-in sorğusuna cavab olaraq bildirilib ki, sözügedən hal bəzi Avropa ölkələrindəki məhsullara aiddir: “Belə ki, “Coca-Cola Europacific Partners” şirkətinin Belçikanın Gent şəhərində istehsal etdiyi sərinləşdirici içkilərin analizi zamanı bəzi məhsulların tərkibində xlorat səviyyəsinin normadan yüksək olması aşkarlanıb. 

Müstəqil ekspertlər və labaratoriyaların analizinə əsasən, sözügedən məhsulların istehlakçılar üçün risk ehtimalının çox cüzi olmasına baxmayaraq, Belçika, Lüksemburq və Niderland rəsmiləri ilə məsləhətləşmələr əsasında həmin məhsulların geri çağırılması qərara alınıb. Bir daha bildirmək istəyirik ki, geri çağırılma yalnız bəzi Avropa ölkələrinə aid edilir və Azərbaycanda istehsal edilən və satılan içkilərə aid deyil”.

Ayşən Azadova