AQTA-dan “Coca-Cola”nın yığışdırılmasına REAKSİYA
“The Coca-Cola Company”nin törəmə şirkəti olan “Coca-Cola Europacific Partners Belgium” Belçika, Böyük Britaniya, Lüksemburq, Niderland, Fransa və Almaniya bazarlarından öz məhsullarını kütləvi şəkildə geri çağırdığını elan edib.
Bu şirkətin məhsul Azərbaycandan da yığışdırıla bilərmi?
TNS-in bununla bağlı sorğusuna Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) cavab olaraq bildirilib ki, qeyd olunan məhsul partiyaları ölkəmizə idxal edilməyib.
“Ölkəmizə idxal edilən bütün qida məhsulları kimi, “Cola” və digər qablaşdırılmış sərinləşdirici içkilər də risk əsaslı yanaşma tətbiq etməklə, mövcud nəzarət tədbirlərinə cəlb edilir. Yalnız laborator sınaq nəticələri məhsulun istehlaka yararlı olduğunu göstərdikdən sonra həmin məhsulların satışa çıxarılmasına icazə verilir”, - deyə qurumdan bildirilib.
Ayşən Azadova