Metrodan istifadə edən sərnişinlərin sayı 2 ildə 10 % artıb
9
15:21 - 27 Yanvar 2025
Bakı metropolitenində son 2 ildə sərnişin daşıma sayında xeyli artım olub.
TNS xəbər verir ki, əvvəlki 2 illə müqayisədə sərnişin sayında 2022-ci ilə nisbətən 10%, 2023-cü illə nisbətən isə 4.6% artım olub.
Bakı metropoliteninin 2024-cü il üzrə sərnişindaşıma göstəricilərini təqdim edirik:
İl ərzində: 229 584 259 sərnişin
Orta gündəlik: 627 279 sərnişin
Güzəştli: 6 682 348 sərnişin
Əvvəlki 2 illə müqayisədə sərnişin sayında artım:
2023-cü ilə nisbətən 4.6%
2022-ci ilə nisbətən 10%