Mərkəzi Bank açıqladı - Dolların qiyməti dəyişəcək?
Bu il cari əməliyyatlar hesabında 5.5 milyard ABŞ dolları profisit proqnozlaşdırılır.
TNS Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, 2024-cü ildə tədiyə balansının cari əməliyyatlar hesabının başlıca komponenti olan xarici ticarət balansında 5.5 mlrd. ABŞ dolları məbləğində müsbət saldo qeydə alınıb.
Bu şəraitdə 2024-cü ildə valyuta bazarında sabitlik qorunub, Mərkəzi Bankın keçirdiyi bütün hərraclarda valyutaya tələb tam qarşılanıb. 2024-cü ilin sonuna Mərkəzi Bankın valyuta ehtiyatları 11 mlrd. ABŞ dolları təşkil edib. Cari əməliyyatlar hesabında proqnozlaşdırılan profisit (5.5 mlrd. ABŞ dolları) 2025-ci ildə də valyuta bazarında sabitliyin təmin ediləcəyini gözləməyə əsas verir.