Close

Avtomobillər ucuzlaşacaq - SƏBƏB

Xaricdən gətirilən bəzi avtomobillər üçün gömrük rüsumu tələb edilməyəcək.

Bunlar istehsal ilindən 3 ildən çox keçməyən elektrik mühərrikli minik avtomobilləri və Rusiya, Moldova, Ukrayna, Gürcüstan, Türkmənistan, Özbəkistan, Qazaxıstan, Qırğız Respublikası, Belarus və Tacikistandan mənşə sertifikatı təqdim edilməklə gətirilən nəqliyyat vasitələridir.

Tətbiq edilən yenilik avtomobil bazarında ucuzlaşmaya səbəb ola bilərmi?

Mövzu ilə bağlı nəqliyyat eksperti İlqar Hüseynli TNS-ə bildirib ki, bu, yeni avtomobillər üçün nəzərdə tutulub.

"Bu yenilik mühərriklərinin həcmi 2500 kubsantimetrdən çox olmayan, eyni zamanda yeni avtomobillər üçün nəzərdə tutulur. Təbii ki, gömrük rüsumundan azadolma və yaxud hansısa güzəştlərin tətbiqi birbaşa istehlak mallarının qiymətinin düşməsinə səbəb olan faktordur. Bunun nəqliyyat vasitələrinə də təsiri eyni cür olacaq. Yəni, güzəştlərin tətbiqi avtomobil bazarında ucuzlaşmaya gətirib çıxaracaq”, - deyə İlqar Hüseynli bildirib.

Ayşən Azadova