Close

Avro kəskin ucuzlaşdı - SƏBƏB

Mərkəzi Bankın bu günə olan valyuta məzənnəsnə əsasən, 1 ABŞ dolları 1,7000 manat, Türkiyə lirəsi 0,0481 manat təşkil edib. 100 Rusiya rublu 1,6268 manata kimi bahalaşıb, avro isə 1,7524 manatadək ucuzlaşıb.

Avronun ucuzlaşması nə ilə bağlıdır?

Məsələ ilə bağlı TNS-ə açıqlama verən iqtisadçı, professor Elşad Məmmədov bildirib ki, avronun zəifləməsi iki amillə bağlıdır: "Bunlar Avropanın real sektorunun əlçatan enerji daşıyıcılarından xeyli dərəcədə məhrum olması və ABŞ Prezidenti Donald Tramp Administrasiyasının Avropaya qarşı gözlənilən sərt siyasətidir. Bunun iqtisadi sferada gözləntilərinin nə dərəcədə həssas və təsirli olmasının şahidi oluruq. Trampın hakimiyyətə gəlməsi Avropa real sektorunun inkişafı üçün kifayət qədər ciddi problemlərin olacağını göstərir. Tramp Administrasiyasından olan gözləntilər avronun zəifləməsinə təkan verir. Nəticə olaraq, avronun zəifləməsinə səbəb Avropa iqtisadiyyatının ciddi problemlərlə və tənəzzüllə üzləşməsidir”.

Rublun möhkəmlənməsinə gəlincə, iqtisadçı bildirib ki, Azərbaycanın xarici ticarətində Rusiyanın idxal payı böyükdür: “Son bir neçə həftədə Rusiyanın özündə də bir qədər rublun möhkəmlənməsi müşahidə edilir. Bu da onunla izah olunur ki, Rusiya ixracatçıları ilin sonunda ixracdan əldə etdikləri xarici valyutaların bir hissəsini satıb, rubla çevirirlər. Bu da rus rublunun möhkəmlənməsinə şərait yaradır”.

Ayşən Azadova